Əlaqə Arxiv
news Image
2017.04.22
12:00
| A A A
Uşağı tez-tez qucaqlamağın VACİB FAYDASI - Mütləq oxuyun!

İnsanlar bu dünyada hər şeydən çox öz övladlarını sevir və onların həyatında yalnız yaxşı hadisələrin baş verməsini istəyir. Ancaq nədənsə çoxları elə düşünür ki, uşaqları tez-tez qucağa almaq yaxşı hal deyil. Batil inanclara görə, bununla uşaq daha ərköyün olur, loru dildə desək, korlanır. Maraqlıdır ki, buna indiyə qədər çoxları inanır və əməl edir. Movqe.az bildirir ki, tədqiqatlar sübut edib ki, uşağı qucaqlamaq onun inkişafı və həyati üçün çox vacibdir.

Bunun bağlı Ohayo ştatında ümummilli uşaq xəstəxanasında araşdırma aparılıb. Alimlər 125 körpənin reaksiyasını öyrəndikdən sonra belə qənaətə gəlib ki, qucaqlaşma körpənin beynində xüsusi hissi formalaşdırır. O, sosial və emosional əlaqələrin qurulması, həmçinin sinir sisteminin vaxtında inkişafı üçün lazımdır. Çünki körpənin inkişaf etməmiş görmə sistemi səsdən və təmasdan çox asılıdır.

Tədqiqatçılar yeni doğulan körpələrin bu əlaqəyə münasibətini öyrənmək üçün onların beyninin reaksiyasını qiymətləndirib. Körpə valideynlərilə nə qədər çox təmasda olubsa, bir o qədər güclü reaksiya verib.

Sizin Reklam Yeriniz