Əlaqə Arxiv
news Image
2017.04.24
15:55
| A A A
Bu xəstələr pulsuz müalicə olunacaq-Yeni qanun qəbul edilir-ÖZƏL

Azərbaycanda siqaretdən imtina etmək istəyənlər pulsuz müalicə ediləcək. Bu barədə Movqe.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Musa Quliyev məlumat verib. M. Quliyev bildirib ki, bu məsələ“Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində nəzərdə tutulub. Deputat bildirib ki, qanun layihəsində poliklinikalarda tütünçəkmədən imtina üzrə xüsusi kabinetlərin yaradılması nəzərdə tutulub: "Bu kabinetlər ölkə üzrə bütün polikilinikalarda yaradılmasa da, hər bir rayon ərazisində yerləşən polikilinikada bu cür kabinetlər fəaliyyət göstərəcək. Bu kabinetlərə siqaretdən imtina üçün müraciət edən vətəndaşlar dövlət hesabına, pulsuz müayinə və müalicə ediləcək". 

Qeyd edək ki, Azərbaycanda Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində bir müddət öncə pilot layihə olaraq  tütündən imtina üzrə tibbi məsləhət kabineti yaradılmışdı.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz