Əlaqə Arxiv
news Image
2017.04.24
16:30
| A A A
Sığınacağa sığınan balacalar-Zorakılıq qurbanlarının 60-ı uşaqdır

Azərbaycanda məişət zorakılığına məruz qaldıqları üçün qadınlar üçün nəzərdə tutulmuş sığınacağa yerləşdirilənlərin 60 nəfəri uşaqdır. Bu barədə Movqe.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O, bildirib ki, bu ilin müvafiq dövründə məişət zorakılığına məruz qalmış 141 nəfər İctimai Birliyin sığınacağına müraciət edib. Onun sözlərinə görə, onlardan 60-ı uşaq olub: "Məişət zorakılığına məruz qaldıqları üçün sığınacağa müraciət edən qadınların çoxu uşaqlı qadınlardır. Ailədə məişət zorakılığına təkcə qadınlar yox, uşaqlar da məruz qalır. Belə uşaqların yaş qrupuna nəzər salsaq görərik ki, onların arasında 8 aylıq uşaqlardan tutmuş 16 yaşına qədər uşaqlar var".

M. Zeynalova bildirib ki, məişət zorakılığı zamanı dalğa təkcə qadınları deyil, uşaqları da vurur: " Ən pisi isə odur ki, özünü dərk edən yaşda ailədə münaqişənin şahidi olan, məişət zorakılığı qurbanı olan uşaqların reablitasiyası uzun çəkir. Belə uşaqlar psixoloji travma aldıqlarından onlarla uzun müddət iş aparılır".   

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz