Əlaqə Arxiv
news Image
2017.04.24
18:11
| A A A
Gənclərlə bağlı layihəyə start verilib

25 sentyabrın 2015-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədindən ibarət 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlik qəbul olunmuşdur. Sözügedən məqsədlərə nail olunması üçün BMT-nin üzv ölkələri, o cümlədən Azərbaycan bu istiqamətdə məqsədyömlü fəaliyyət göstərərək ölkəmizin və dünayanın dayanıqlı inkişafına öz töhfələrini verir. “Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başlanılmış “Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu” layihəsi gənclərin qlobal prosesə cəlb olunması, onların Dayanıqlı İnkişaf Məqsədlərinin xüsusilə də ətraf mühitin dayanıqlığının təmin edilməsini özündə əks etdirən məqsədlərin reallaşdırılmasında rolunun artırılmasına hədəflənibdir. Layihə çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər arasında təbliği üçün Bakı şəhərində silsilə təlimlərin keçirilməsi nəzərdə tutulubdur. Məlumat üçün bildirək ki, əsas məqsədi yerüstü ekosistemlərin dayanıqlılığının qorunması, meşələrin dayanıqlı idarə olunması, dənizlərdən və dəniz resurslarından səmərli istifadənin təmin edilməsində, eyni zamanda iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmağı özündə əks etdirən Dayanıqlı İnkişaf Məqsədlərinin 13, 14 və 15-ci məqsədləri haqqında gənclərin maarifləndirilməsi, onların BMT, o cümlədən Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş bu qlobal məqsədlərin reallaşdırılmasında rolunun artırılmasından ibarətdir.

Sizin Reklam Yeriniz