Əlaqə Arxiv
news Image
2017.04.25
10:25
| A A A
Uşaqlara peyvəndlə bağlı yeni xəbər-Ayın sonunadək vaxt qoyuldu

Azərbaycanda  peyvənddən kənarda qalan uşaqların vaksinasiyasına başlanılıb. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki, artıq dünəndən etibarən başlanılan immunlaşdırma həftəsinin keçirilməsində məqsəd, uşaqlarda qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsidir.Onun sözlərinə görə, keçirilən immunlaşdırma həftəsində qızılca və məxmərəyə qarşı peyvənd edilməyən, miqrasiya edən yuxarı yaşlı insanlar da peyvənd üçün müraciət edə bilər: "Biz artıq dünəndən etibarən səhiyyə nazirinin müvafiq əmrinə əsasən immunlaşdırma həftəsinə start vermişik. Məqsəd, qızılca və məxmərəyə görə, peyvənddən kənar qalan, peyvənd təqviminə əsasən bu vaksinlər vurulmayan uşaqların peyvəndə cəlb edilməsidir. Bu proses aprelin 24-dən 30-a dək davam etdiriləcək. Amma yuxarı yaş qrupuna aid insanlar da başqa ölkələrə miqrasiya etdikləri üçün peyvənd oluna bilərlər. Respublikanın istənilən rayonunda əhali bu yoluxucu xəstəliyə qarşı vaksin olunmaq üçün müraciət edə bilər. Onlar tibbi müayinədən sonra vaksin ediləcəklər. Bu isə miqrasiya baş verdikdə insanları qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsinə səbəb olacaq. Bizim məqsədimiz ÜST tərəfindən qızılca və məxmərəyə qarşı peyvəndin elminasiyasını qorumaq, bu istiqamətdə profilaktik tədbirləri gücləndirməkdir. Bu tədbirlər çərçivəsində tək-tək peyvənddən kənar qalan uşaqlar da vaksinasiya edilir". 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz