Əlaqə Arxiv
news Image
2017.04.25
11:01
| A A A
5 gün tətil olacaq

İbtidai sinif şagirdləri mayın 1-dən etibarən yaz tətilinə çıxacaqlar. Movqe.az-ın məlumatına görə, may ayının 1-dən ölkədə ibtidai siniflər üçün əlavə yaz tətili başlayır. Əlavə yaz tətili 5 gün davam edəcək.
 Məlumat üçün qeyd edək ki, tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyənləşib.

Zülfiyyə QUIUYEVA 

Sizin Reklam Yeriniz