Əlaqə Arxiv
news Image
2017.04.26
10:48
| A A A
Baş pediatr süni uşaq qidaları ilə bağlı doğum evlərinə-Xəbərdarlıq etdi

"Heç bir halda doğum evində uşağa süni qida verilməməlidir. Burada cüzi istisnalar ola bilər. Əgər uşağın qidalanma imkanı yoxdursa, ananın südü sağılaraq uşağa verilməlidir. Qəti şəkildə uşaq doğulandan ilk 30-40 dəqiqə ərzində uşaq ananın döşünə qoyulmalı, ana südü ilə qidalanmalıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında  K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev  söyləyib. Baş pediatr bildirib ki, əksər hallarda uşağını süni qida ilə bəsləyən analar südlərinin olmamasını əsas gətirirlər: "Amma əslində südün olmaması bir bəhanədir. Araşdırmalar göstərir ki, bu, anaların öz körpəsini ana südü ilə qidalandırmaq istəyinin olmamasından irəli gəlir".

N. Quliyev 1993-cü illə müqayisədə ölkədə ana südü ilə qidalanma faizinin artdığını söyləyir. Onun sözlərinə görə, aparılan maarifləndirmə işləri sayəsində ana südü ilə qidalanma faizi yüksələrək 50 faizə çatıb: “1992-1993-cü illərdə bu rəqəm 25 faiz həddində idi. Aparılan maarifləndirmə işləri nəticəsində bu gün körpələrin ana südü ilə qidalanması 50 faizə gəlib çatıb. Amma biz körpələrin ana ilə qidalanması faizinin daha da yüksəlməsi üçün apardığımız təbliğat, maarifləndirmə işlərini davam etdiririk. Bununla belə təəssüf ki, dünyaya gətirdiyi körpəsini ana südündən məhrum edərək süni qidalarla bəsləyən analar var”.

N. Quliyev bildirib ki, bir ildə  ölkədə 170 minə yaxın körpə doğulur ki, onun da təxminən yarısı süni uşaq qidaları ilə bəslənir.

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz