Əlaqə Arxiv
news Image
2017.04.26
17:02
| A A A
YAP-ın Nizami rayon təşkilatına yeni sədr müavini seçildi

Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı yerli təşkilatlarından olan Nizami Rayon Təşkilatına yeni sədr müavini seçilib. Movqe.az-ın məlumatına görə, Ramin Əhmədov YAP-ın Nizami Rayon Təşkilatına sədr müavini, Şura və İdarə Heyətinin üzvü seçilib. R. Əhmədov Movqe.az-a açıqlamasında bunun ona göstərilən çox böyük etimad olduğunu söyləyib: "Ulu öndərimiz Heydər Əliyevin qurduğu, cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyanın aparıcı rayon təşkilatının rəhbərliyində təmsil olunmaq həm də çox böyük məsuliyyətdir. Məni bu qürurverici vəzifəyə layiq bilən, namizədliyimi irəli sürən, siyasi gələcəyimə inanan və dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. Rayonumuzun gənclər ilə əl-ələ verib təşkilatımızın daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.  Eyni zamanda, yenidən YAP Nizami Rayon Təşkilatının sədri seçilmiş hörmətli millət vəkilimiz Sədaqət Vəliyevanı və mənimlə yanaşı təşkilatın seçkili orqanlarında təmsil olunmağa layiq bilinmiş həmkarlarımı təbrik edirəm. Hamımıza uğur olsun!".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz