Əlaqə Arxiv
news Image
2017.04.27
14:10
| A A A
İmtahanların nəticəsi bu tarixdə açıqlanacaq-Eksklüziv

9-cü sinif üzrə keçirilmiş buraxılış imtahanların I mərhələsinin nəticəsi iyun ayında açıqlanacaq. Bu barədə Movqe.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin  (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib. O, bildirib ki, Bakı və 4 rayon üzrə keçirilən 9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsinin nəticəsi, imtahanın ikinci mərhələsi keçirilənədək açıqlanacaq: "İmtahanın ikinci mərhələsi bu ilin iyun ayının ortalarında keçiriləcək. Həmin vaxta qədər də, birinci mərhələnin nəticəsi açıqlanacaq. Buna səbəb də imtahana açıq sualların salınmasıdır. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılılı. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın essenin yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz