Əlaqə Arxiv
news Image
2017.04.28
14:46
| A A A
3558 azərbaycanlı xaricdə təhsil alıb

2007-ci ildən bu günə qədər Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3,558 nəfərə çatıb.
 
Movqe.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında qeyd edilib ki,  Xaricdə Təhsil üzrə Dövlət Proqramı ilə bağlı prosedurlar yekunlaşmasına baxmayaraq, təhsilalanlar və təhsilini başa vurmuş məzunlarla iş davam etdirilməkdədir.
 
Cari statistikaya əsasən, bu günədək Dövlət Proqramı çərçivəsində 1470 təqaüdçü məzun olub. Məzunların 95 %-i  öz ixtisas istiqamətində, 5 %-i başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60%-i əsasən özəl sektorda, 40 %-i dövlət sektorunda işləyir.
 
Dövlət Proqramı çərçivəsində məzun olmuş tələbələrin dövlət qulluğuna sadələşdirilmiş qaydada qəbul olunması ilə bağlı ehtiyat kadr siyahısına daxil edilmək üçün cari ildə 80-ə yaxın məzun nazirliyə müraciət edib və müvafiq məzun olma anlayışları ilə təmin olunublar. Hazırda Təhsil Nazirliyində çalışan Dövlət Proqramı məzunlarının sayı 22 nəfərdir.

Sizin Reklam Yeriniz