news Image
2011.11.30
11:55
| A A A
REGİONLARIMIZ: GƏNCƏ

Gəncə İdman Olimpiya kompleksi

Əsrlər boyu mədrəsə və dini məktəblərdə təhsil proqramlarının olmamasına baxmayaraq, şagirdlər klassik şərq ədəbiyyatı ilə tanış olmuşlar. Əslində Gəncədə tanınmış şair və müəllim olan Mirzə Şəfi Vazeh məktəb üçün hazırlanan dərsliyin ilk müəllifi olmuşdur. Cümə məscidinin yanında, mədrəsədə 100-dən çox tələbə tədris alırdı. 1833-cü ildə Gəncədə rayon məktəbləri açıldı. 1833-cü ildə tələbə sayısının 38 olduğunu nəzərə alsaq bu tərkib 50-ci illərdə 100-ü keçmişdi.

XIX əsrin birinci yarısında Gəncədə xüsusi məktəblər fəaliyyət göstərməyə başladı və 1860-cı ildə artıq 198 nəfər burda təhsil almışdı. 60-cı illərin ortalarında Gəncədə artıq 981 insan təhsil almışdı.

Gəncə, həmçinin elmin inkişafında da əvəzedilməz rol oynamışdır. Şərq təhsilinin Rusiyada yaradıcılarından biri Gəncədə yaşayıb yaratmış və ilk təhsilini mədrəsədə almış M.D. Topçubaşov (1784-1869)- dur. 1877-ci ildə İran səfirliyinin tərkibində Sankt-Peterburqa getmiş, daha sonralar Peterburq Universitetinin professoru kimi Rus Arxeoloji Cəmiyyətinin Numizmatika şöbəsinin yaradıcılarından biri olmuş və ömrünün axırına qədər bu şöbənin şərq bölməsinə başçılıq etmişdir. Gəncədə yaşayıb yaratmış şairlər arasında Mirzə Mehdi Nəci, Molla Abdulla, Hacı Abbas, Xaki və digərlərini qeyd etmək olar. Mirzə Şəfi Vazeh (1794-1852) Azərbaycanda maarifçiliyin inkişafında mühüm rol oynamış incəsənət nümayəndələrindən biridir.

Gəncədə milli teatr olmayıb. Bunun əvəzində burda milli oyunlar, şəbəkə, cürbəcür sərgilər fəaliyyət göstərmişdir. Milli oyunlarla yanaşı, burda fəaliyyət göstərən rus teatrının nümayəndələrinin çıxışları idi ki, bu da öz növbəsində Gəncədə mövcud rus dilinə olan marağın bariz nümunəsi idi.

Gəncədə bir neçə kitabxana fəaliyyət göstərirdi. Onların tərkibi əsasən, dərsliklərdən ibarət idi.

XIX əsrin 70-ci illərində Gəncə eyni adlı əyalətin mərkəzi oldu. Şəhər haqqında qanunun 1870-ci ildə qəbul edilməsinə baxmayaraq, yalnız 27 il sonra Gəncədə qüvvəyə mindi.

Kapitalizm boyunca geniş inkişafa nail olunmuş, ustaların sifarişiylə deyil, birbaşa bazar üçün hazırlaya bildikləri sənət şöbələri fəaliyyət göstərirdi. Bu dövrlərdə ən çox qabaqcıl sənət sahələrindən dəri məmulatlarının hazırlanması, toxuculuq, xalçaçılıq və digərlərini misal göstərmək olar. Sənət öz əvvəlki əhəmiyyətini qoruyaraq Gəncə əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı.

Gəncə zadəganları istehsal sahələrinə və açılan yeni müəssisələrə pul qoymağa başlamışdı. Xüsusilə şərab hazırlama, konyak istehsalı, səməni şəkəri sahələri intensiv inkişaf edirdi.

Gəncədəki ticari müəssisələr tədricən "Forer Qardaşları", " Qomel Qardaşları", "Yelizavetpol", "Konkordia", "Pobeda", " P. və E. Əmirxanov Qardaşları", "E.Franke və İ.Polonskiy", "Aşxatank" və birləşmiş səhmdar şirkət olan "Cənub toxucuları" kimi ticarət cəmiyyəti özəlləşdirilməyə başlamışdı.

Meyvə şirəsi hazırlayan fabrik inkişaf edir, meyvə istehsal sənayesi Gəncədə mühüm rol oynamışdı. 1906-cı ildə "səməni şəkərinin istehsalı və emalı ilə məşğul olan Qafqaz cəmiyyəti" birləşmiş səhmdar cəmiyyətinin sahib olduğu fabrik əsas müəssisələrdən birinə çevrildi. Cəmiyyət ingilis və amerikan kapitalının əsasında quruldu.

Təmizlənmiş pambıq istehsalının inkişafı birbaşa olaraq əyalətdəki pambıq sənayesinin illik artışına səbəb oldu. 1900-cü ildə 2 pambıq təmizləmə zavodu burda fəaliyyət göstərirdi. Hər zavodda 20 işçi işləyirdi. 1911-ci ildə əyalətdə 24 mövcud pambıq təmizləyən zavoddan 5-i Gəncədə yerləşirdi. Bu zavodlardan hər birində illik ortalama olaraq 100 pud təmizlənmiş pambıq istehsal edilirdi.

Geniş pambıq təmizləmə zavodlarında istehsal edilən yüz minlərlə pud təmizlənmiş pambıq Moskva, Lods və digər şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Xlopok", "Kevarkovi Qardaşları", "Rəfiyev Qardaşları" və komersiya-istehsalat cəmiyyəti olan "Arzumanov və Co" ticari şirkətlərinə məxsus idi. Ticari şirkətlərin qurucuları əsasən Gəncə vətəndaşları idi. 1919-cu ildə təmizlənmiş pambığın istehsalı ilə məşğul olan digər birləşmiş səhmdar cəmiyyət olan "Yelizavetpol kənd təsərrüfatı və istehsal ticarəti" yaradıldı.

İnqilabdan əvvəl Gəncədə keçən əsrin 50-ci illərində qurulmuş tütün fabriki fəaliyyət göstərirdi. Kərpic zavodları da istehsalatda əhəmiyyətli yerlərdən birini tuturdu. İstehsal yalnız yerli əhalinin tələblərini deyil, həmçinin əyalətin rayon və kəndlərinin tələbatını ödəyirdi.

1883-cü ildə şəhərin iqtisadiyyatının inkişafına səbəb olan Bakı -Tiflis dəmiryolu fəaliyyətə başladı. Bu dəmiryolu vasitəsilə bütün Qafqaz ölkələrinə yerli kənd təsərrüfatı və istehsal məhsullarının göndərilməsi mümkün oldu. Bütün bunlarla yanaşı Gəncə şəhərinin Bakı, Şuşa, Tiflis və İrəvan şəhərləri ilə əlaqələri dəmiryolu vasitəsilə daha da sıxlaşdı. İstehsal məhsulları vagon və çənlərdə bu xətt vasitəsilə yuxarıda qeyd etdiyimiz şəhərlərə göndərilirdi.

Kapitalizmin inkişafının nəticəsi olaraq şəhərdə geniş miqyasda Bank-kredit sistemi yarandı. 1896-cı ildə Azov-Don ticarət bankının filialı, 1905-ci ildə ilk və 1907 ci ildə ikinci qarışıq ticarət-kredit cəmiyyətləri, 1912-ci ildə Tiflis ticarət bankının şöbəsi, 1913-cü ildə Volqodonsk ticarət bankı agentliyi və uzun sürən danışıqlardan sonra 1916-cı ildə Dövlət Yelizavetpol bankı açıldı.

Kapitalizmin inkişafı Gəncə şəhərinin mədəniyyətinin inkişafına müsbət təsir göstərdi. Bu özünü təhsilin inkişafında da göstərirdi. Bu dövrlərdə Gəncədə müxtəlif məktəblər (bura məscidlərin nəzdində fəaliyyət göstərən dini məktəblər - mədrəsələr də daxildir) fəaliyyət göstərirdi. 1883-cü ildə Gəncədə "Müqəddəs Nina adına Xeyriyyə cəmiyyəti" nin nəzdində ilk qadın orta məktəbi fəaliyyət göstərməyə başladı. 1924 cü ildə isə şəhərdə pedaqoji seminariya açıldı. Seminariyanın ilk ilində bura 18 nəfər (onların əksəriyyəti varlı ailələrdən idi) qəbul edildi.

1918-ci il inqilabı varlıların əlindən sahib olduqları imtiyazları alaraq onları sadə, kasıb əhaliylə bir tərəziyə qoyaraq Gəncənin inkişafına öz təsirini göstərdi. Bir çox Gəncəli (hətta varlı olmayanlar da) İran və Türkiyəyə üz tutaraq buranı tərk etdi və təxminən 70 ilə yaxın öz doğmaları və ana vətənlərindən uzaq qalmaq məcburiyyətində qaldılar. Yalnız 1990-cı illərin axırlarında onlar yenidən vətənə qovuşmaq imkanı əldə etdilər.

Sovet hakimiyyətinin ilk dövrlərində su təchizatı məsələsi aktuallıq qazandı. Şəhərin təşəbbüsü ilə su hövzələri quraşdırıldı. Yeni su borularının quraşdırılmasından öncə köhnə borular və hövzələr təmir edildi. 1936-cı ildə tikilən su kəməri şəhər əhlinin su ehtiyacını ödədi. 1939-1940-cı illərdə Gəncədə yeni su kəmərlərinin tikintisi başladı və İkinci Dünya müharibəsindən sonra ağır keçən bir neçə ilə tamamlandı.

1920-ci ildə Gəncədə 14 başlanğıc və 4 ali məktəb fəaliyyət göstərirdi. 1923-cü il yanvarın birinə olan məlumata əsasən, 2.794 məktəbli Gəncənin ibtidai məktəblərində təhsil alırdı. 1928-1929-cu illərdə Gəncə ibtidai təhsil sistemi burda mövcud uşaqların 95 %-ni əhatə edirdi. 1936-cı ildə bu proses Gəncəylə sərhədlənməyib, bütün Azərbaycanı əhatə etdi. 1939-cu ilin məlumatına görə Gəncədə 16 ali təhsil məktəbi fəaliyyət göstərirdi.

1931-ci ildə Hidromeliorasiya İnstitutu, Bakıdakı 2 kənd təsərrüfatı məktəbi Gəncəyə köçürülmüş və 1933-cü ildə onlar birləşdirilərək 6 fakültəli Kənd Təsərrüfatı İnstitutu yaradılmışdır. Bundan başqa yaxın illərdə Gəncədə, həmçinin ikiillik Pedaqoji İnstitut, Gəncə Musiqi Texnikumu, Krupskaya adına Gəncə Tibb Texnikumu və mütəxəssis hazırlama texnikumu şəhərdə fəaliyyət göstərmişdir. İllər keçdikcə Gəncədəki mədəniyyət mərkəzlərinin sayı artır. 1940-cı ilə olan məlumatlara görə burda 9 kitabxana, 13 klub, 7 oxu zalı mövcud idi. Milli təhsilin inkişafında əlbəttə ki, mühüm yerlərdən birini 1920-ci ildə Gəncə şəhərində yaradılmış Nəşriyyat evi tutur. " Qırmızı Gəncə ", "Yeni Gəncə", "Qızıl Gəncə"., "Zərbə", "Gəncə bolşevik" qəzetləriylə yanaşı, həm də bir sıra jurnallar çap edilirdi.

1946-1950-ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də repressiya, həbslər, deportasiya dalğası bürümüşdü. Repressiyaya məruz qalmışların bir qismi evə dönmə imkanı olmadan cənub sakinləri üçün dözülməz bir şəraitdə yaşamı, digərləri isə yalnız on il keçdikdən sonra müxtəlif xəstəliklərə tutulmuş olaraq dönə bilmişlər. II Dünya müharibəsində 25.643 gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant olan İsrafil Məmmədovun Novqorod şəhəri yaxınlığında Pustinovka kəndi uğrunda göstərdiyi şücaət ona dünya şöhrəti qazandırmış və o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk Azərbaycanlıdır.

Yenidən qurma və keçən müharibə dövründə Gəncə mühüm dəyişikliklərə məruz qalmışdır.Gəncədə yeni binaların, dövlət binalarının tikilməsi nəticəsində şəhər küçə və meydanları ilə çox gözəl və cazibədar bir hala gəlmişdir.

Hal-hazırda Gəncənin ərazisi 100 km2 -dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində "Gülüstan" mikrorayonu və "Yeni Gəncə" rayonunun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi istiqamətində şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı.

Şəhərin ərazisinin genişlənməsi əhalinin artmasına, bu da öz növbəsində müvafiq olaraq əhalinin içməli suya olan tələbatını artırdı. Ağsu-Gəncə su kəmərinin tikilməsi 1957-ci ildə tamamlandı. Su kəmərinin uzunluğu 28 km idi. 1950-ci illərdə isə bu uzunluq 122 km-ə və əsas su kəmərindən ayrılan əlavə kəmərlərin uzunluğu isə 400 km-ə çatdı. İndi tam əminliklə su ehtiyacının aradan qaldırıldığını demək olar.

Analitik qrup

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs