news Image
2011.11.30
12:35
| A A A
REGİONLARIMIZ: SİYƏZƏN
Azərbaycan "Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Siyəzəndə də öz bəhrələrini verir

İqtisadi inkişafın yeni mərhələsini yaşayan Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam etdirilir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər Azərbaycanı yeni inkişaf yoluna çıxarıb. Yüksəliş dövrünü yaşayan dövlətimiz təkcə Cənubi Qafqazda deyil, bütün post-sovet məkanında ən aparıcı dövlətlərdən birinə çevrilib. Müstəqil Dövlətlər Birliyi və beynəlxalq maliyyə institutlarının hesabatlarında qeyd olunur ki, cari ilin ilk rübü üzrə ən yüksək göstəricilər respublikamızda qeydə alınıb. Ümumilikdə bu il sosial və iqtisadi sferalarda dinamik inkişafın geniş vüsət alması fonunda dünya iqtisadi böhranının respublikamıza təsirini məhdudlaşdırmaq mümkün olacaq.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi son illər iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, həmçinin makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin edib.

"Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi. Ölkə başçısı tərəfindən təsdiq olunan Dövlət Proqramı ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirməklə yanaşı, dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərini də müəyyən etdi. Proqram çərçivəsində görülən işlərin nəticəsi olaraq Azərbaycanda əlverişli investisiya mühiti yaradıldı.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı Fərman isə mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə sənayenin, kənd təsərrüfatının və qeyri-neft sektorunun bütün sahələrinin inkişafını daha da sürətləndirməyə əhəmiyyətli baza yaradır. Belə ki, yeni Dövlət Proqramı sahibkarlara dəstək olmaq və əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmağa xidmət edəcək.

Qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev əvvəlki Dövlət Proqramının icrasına bilavasitə nəzarət etmək məqsədilə bu müddət ərzində regionlara 50-dən artıq səfər edib. Hər bir səfər də öz növbəsində yeni müəssisənin istifadəyə verilməsi və ya təməlinin qoyulması ilə əlamətdar olub. Ölkə başçısı Dövlət Proqramının icrası ilə yerindəcə tanış olub, bu səfərlərin nəticəsi olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə çoxsaylı Sərəncam imzalayıb.

Abadlaşan, yeniləşən Siyəzən...

Ölkəmizdəki sosial-iqtisadi inkişaf Siyəzən rayonunda da öz əksini tapıb. Belə ki, cari ilin birinci rübündə rayonda iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici - ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 12,5 faiz artıb. ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi isə 76,9 faiz təşkil edib. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsalın 66,1 faizi kənd təsərrüfatının, 17,4 faizi sənayenin, 16,5 faizi isə digər sektorların payına düşüb.

Azərbaycan Prezidentinin 2005-ci il 3 avqust tarixli Sərəncamı ilə Siyəzən Kondensator zavodu "Siyəzən Sənaye-Cihaz" ASC-yə, Böyük Həmyə Şərab Emalı zavodu isə "Siyəzən - Şərab" ASC-yə çevrilərək fəaliyyətə başlayıb.

Ötən il Siyəzən şəhərinin girişində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın tikintisinə başlanıb, ulu öndərin möhtəşəm abidəsi ucaldılıb, Heydər Əliyev Muzeyinin tikintisi və eksponatlarla təmin olunması başa çatdırılıb. Bu ərazidə 5500 kvadrat metr yaşıllıq örtüyü salınıb, 6000-dən çox dekorativ ağac, işıqlanma sistemi qurulub və geniş abadlıq işləri aparılıb. Şəhərin Heydər Əliyevin adını daşıyan küçəsində işıqlanma sistemi tamamilə müasir tələblərə uyğun olaraq yenidən qurulub. Bu küçədə 4000 metr uzunluğunda məhəccərli hasar tikilib, bir sıra yerlərdə piyada yollarına tamet döşənib. Küçədəki ictimai binaların dam örtüklərinin dəyişdirilməsi və fasadlarının əsaslı təmiri, mərkəzi yolda şəhərin arxitekturasına xələl gətirən obyektlərin sökülməsi və digərlərinin yenidən qurulması işləri davam etdirilir.

Rayonda fəaliyyət göstərən və qəza təhlükəsi qarşısında qalan Mədəniyyət Sarayı da əsaslı təmir olunaraq istifadəyə verilib. Sarayın ətrafında 1700 kvadrat metr yeni yaşıllıq örtüyü salınıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin postamentinə yeni mərmər üzlük düzülüb və ərazi tamamilə abadlaşdırılıb. Şəhər istirahət və mədəniyyət parkı genişləndirilib və ətrafına dekorativ hasar çəkilib.

Rayon İcra Hakimiyyətinin inzibati binasının dam örtüyü dəyişdirilib, həyətində və ətraf ərazidə 3500-dən artıq dekorativ ağac və kol əkilib. 2008-ci il ərzində ümumilikdə bütün maliyyə mənbələri hesabına 4,327 min manatdan artıq yol təmir-tikintisi və abadlıq işləri görülüb.

Gil-gilçay stansiya əsas məktəbi üçün 260 şagird yerlik müasir məktəb binası, Notariat kontoru və Qeydiyyat şöbəsi, Rayon Prokurorluğu, Qazma Ekspedisiyası üçün yeni müasir tipli binalar tikilərək istifadəyə verilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bütün kommunikasiya və istilik sistemi ilə təchiz olunan 16 mənzilli bina tikilərək vətəndaşların istifadəsinə verilib. Siyəzən şəhərində 640 şagird yerlik yeni məktəb binası isə istismara hazır vəziyyətdədir.

Telekommunikasiya Qovşağı və Rayon Maliyyə Şöbəsi üçün tikilən inzibati binalarda son tamamlama işləri aparılır. Baytarlıq və Statistika idarələri üçün tikilən inzibati binalarda, eləcə də Eynibulaq kəndində 220 şagird yerlik məktəb binasında, Uşaq incəsənət və yaradıcılıq məktəbində tikinti quraşdırma işləri davam etdirilir.

Rayon büdcəsi hesabına Babək, H.Talıbov, T.İsmayılov küçələrinə və ictimai binaların həyətlərinə, şəhər qəbiristanlığına gedən yollara ümumilikdə 25012 kvadrat metr həcmində asvalt örtüyü döşənərək təmir işləri aparılıb.

Şəhərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 1-ci Bakı Su kəməri üzərindəki nasosxana yenidən qurulub və 2 ədəd daha güclü yeni nasos quraşdırılaraq istismara buraxılıb. Ötən müddət ərzində şəhərin T.İsmayılov və H.Talıbov küçələrindəki çoxmərtəbəli yaşayış binalarının zirzəmiləri uzun illər yığılıb qalmış çirkab sulardan təmizlənib, kanalizasiya və digər kommunikasiya xətləri təmir edilib. Bundan başqa, ATS olmayan kəndlərdə, "Delta-telekom"un 14 ədəd peyk rabitə avadanlığı quraşdırılıb.

Rayonun iqtisadiyyatının əsasını neft-qazçıxarma sahəsi təşkil edir

Siyəzən rayonu üzrə ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 22,6 faiz təşkil edib. Bu, özünü əsasən rayonda quşçuluğun sürətli inkişafı sahəsində göstərib. Sahibkarlığın inkişafına köməklik göstərilməsi ilə əlaqədar rayonda "Siyəzən-Biznes İnkişaf Mərkəzi" fəaliyyət göstərir. Mərkəz mütəmadi olaraq yerli sahibkarlar üçün müxtəlif seminarlar keçirib, onlara marketinq, biznes planlarının tərtib edilməsi, internetdən istifadə etməklə informasiya əldə edilməsi üzrə xidmətlər göstərib. Rayonda ümumilikdə 930 sahibkarlıq subyekti qeydə alınıb. Onlardan 115-i hüquqi, 815-i fiziki şəxslərdir. Ötən il rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən qısamüddətli kreditlər verilib.

Rayonda iqtisadi və sosial inkişafı əks etdirən makroiqtisadi göstərici, əsas sahələr üzrə ümumi məhsul istehsalı 307,1 milyon manat olmaqla əvvəlki illə müqayisədə 4 dəfə artıb. Rayonda 15,365 min manatlıq sənaye məhsulu istehsal edilib.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən neft-qazçıxarma sahəsində 48,534 ton neft, 10,755 min m3 qaz hasil edilərək dövlətə təhvil verilib.

Siyəzən Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2008-ci ildə ünvanlı sosial yardım almaq məqsədilə 350 ailə sorğu anketi doldurub ki, onlardan 234-nə yardım təyin olunub. Mərkəzdən müavinət alan 960 nəfərin müavinəti artırılıb. Qeyd edək ki, hazırda rayonda 1090 nəfər sosial müavinət alır. Rayon üzrə əmək pensiyaçılarının sayı 2008-ci ilin sonuna 4701 nəfər olub. Əhalinin məşğulluq məsələləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə müvafiq işlə təmin olunmaları hər zaman diqqət mərkəzində saxlanılıb. Təkcə son ildə rayon Məşğulluq Mərkəzinə 313 nəfər işaxtaran müraciət edib ki, onlardan 250-si işlə təmin olunub.

Ötən ilin yanvar-dekabr aylarında iqtisadi sahədə çalışan əhalinin ümumi sayından 44,4 faizi muzdla işləyənlər olub. Muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 32,2 faiz çox olub. 2009-cu ilin yanvar-mart aylarında isə rayon iqtisadiyyatında məşğul əhalinin ümumi sayından 6745 nəfəri muzdla işləyib. İqtisadi fəallığın nəticəsi olaraq rayonda 6 yeni müəssisə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Dövlət Proqramı qəbul edildikdən sonra 1327, o cümlədən, keçən il 80 daimi iş yeri yaradılıb.

Rayon ərazisində əhalinin və iqtisadiyyatın bütün sahələrini elektrik enerjisi ilə Siyəzən Elektrik Şəbəkəsi təmin edir. Şəbəkə tərəfindən ilboyu 93,455 min kvt saat, o cümlədən əhaliyə 16,901 min kvt saat elektrik enerjisi ötürülüb. Satılmış enerjinin dəyərinin 91 faizi, o cümlədən, əhaliyə satılan enerjinin 82,2 faizi toplanaraq təhvil verilib. Rayon Qaz İstismar İdarəsi tərəfindən isə ötən il ərzində 33,501 min kubmetr, o cümlədən əhaliyə 18,964 min kubmetr təbii qaz istehlak edilib. Satılmış qazın dəyərinin 79,3 faizi, o cümlədən, əhalidən 65,8 faizi toplanaraq təhvil verilib. Əhalinin təbii qaz təminatı daim diqqət mərkəzində saxlanılır və Qaz İstismar İdarəsi tərəfindən bu istiqamətdə müəyyən işlər görülüb. Ümumilikdə qeyd etmək lazımdır ki, rayon əhalisinin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması və əhali tərfindən ödəniş vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi altında yaradılan qərargahın mütəmadi keçirilən iclaslarında qarşıya çıxan problemlər araşdırılır və aradan qaldırılır.









Analitik qrup

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs