Əlaqə Arxiv
news Image
2017.05.10
10:49
| A A A
75 min manata xərçəngli qızı dondurdular - Sağ qalsa, pulu faizi ilə özünə qaytarılacaq!

İngiltərədə bir məhkəmə, nadir bir xərçəng növünə tutulan 14 yaşlı qızın ölmədən əvvəl etdiyi müraciəti üzərinə, bədəninin  dondurulub , xəstəliyə çarə tapıldığı  dövrdə açılmasını qəbul edib. Adı açıqlanmayan kiçik qız,  məhkəməyə şəxsən müraciət edib. Boşandığı üçün onlardan ayrı yaşayan ata bu tələbə etiraz etsə də ananın də verdiyi dəstək üzərinə, məhkəmə qızın tələbini qəbul edibi. Qısa müddət əvvəl son nəfəsini verən uşağın bədəni, ABŞ-ın Arizona əyalətinə bağlı Scottsdale şəhərindəki dondurulma mərkəzində qoruma altına alııb. Əməliyyatın xərcinin 75 min manat olduğu qeyd edilib.

 Qeyd edək ki, dondurulma əməliyyatı 1967-ci ildən bəri könüllülərin bədən istiliyi mənfi 130 dərəcəyə qədər düşürülərək ölü vücudların saxlanılması ilə aparılır. Bu insanların bədənləri açıldıqda sağ qaldıqları təqdirdə isə verdikləri məbləğ faizi ilə birgə yeni həyat qurmaqları üçün özlərinə qaytarılacaq.

Qızılgül SARIYEVA

Sizin Reklam Yeriniz