Əlaqə Arxiv
news Image
2017.05.12
10:14
| A A A
Var olduğuna inanmayacağınız 5 mobil telefon

Mobil telefonun ilk kəşfindən bu yana yeni üsullar və funksiyalarla hazırlanmış  mobil telefonları müasir dövrün trendlərinə çevrilib. İlkin dövürdən bu günə dəyişən, inkişaf edən, həyatımızın ayrılmaz parçasına çevrilən bu texnologiya  "ağıllı" sözünü təkcə insanlara deyil, telefonlara da aid edib. Movqe.az sizi var olduğuna inana bilməyəcəyiniz  beş telefon növü ilə tanış edir:

Nintendo Plus

Müasir dövrün ən son oyun komputerlərinin yerini asanlıqla ala bilər.

Triple Display Flip 

 

Android sistemli, üç ekrandan ibarət, çadırı xatırladan bu telefonu bir kitab kimi qatlamaq belə mümkündür

 

Lenovo C Plus

Qayışlı və bükülə bilən telefonlar son zamanlar texnoloji bazarlarda tez-tez qarşımıza çıxmağa başlayıb. Bu telefonları saat kimi qola bükmək, ya da düz hala gətirib bildiyimiz telefon kimi istifadə etmək olur. 

Zenophone AR

İlk baxışda alışılmış telefon kimi görünən Zenophone AR modeli əksər ağıllı telefonlarda olan funksiyaları daşıyır. Onu əlçatmaz edən isə sahibinin yeni google standartlarından istifadə edə bilməsidir.

Dras

 Yeni telefonların ölçüsü hər yeni modellə artarkən onunla birgə ekran funksiyaları da artır. Bu da istifadəçilərin böyük həcmli telefonları cibdə daşımaqlarına mane olur. Dras modelində isə qatlana bilən özəlliyi ilə cibdə asanlıqla daşına bilir.

Qızılgül SARİYEVA

Sizin Reklam Yeriniz