news Image
2017.05.15
11:46
| A A A
Apple , iPhone-nun Wi-Fi vasitəsilə enerji yığması texnologiyasını hazırlayır
"Apple” mobil cihazların yeni enerji yığma texnologiyalarını təcrübədən keçirdir.

Belə ki, şirkət, iPhone cihazlarının Wi-Fi vasitəsilə enerji yığma texnologiyasının patentini qeydiyyatdan keçirdib. Patentə əsasən mobil cihazın enerji yığma prosesi, 700-2700 MHz tezlikli mobil rabitə və 2.4 ilə 5 GHz tezlikli Wi-Fi şəbəkələri də daxil olmaqla istənilən naqilsiz əlaqə üsulu vasitəsilə həyata keçirilir. Bu texnologiya cihazların naqilsiz enerji yığma üsulunda yeni imkanlar yaradır. "Apple”ın ixtirası digər naqilsiz enerji yığma texnologiyalarından onunla fərqlənir ki, yeni texnologiya özündə həm əlaqəni, həmdə enerji ötürülməsini birləşdirir. Sözügedən yeni texnologiyanın yeni nəsil iPhone modelində təqdim olunması gözlənilir. Lakin təqdim olunacaq texnologiyanın patentdə olduğu kimi reallaşdırılacağı ehtimalı da çox aşağıdır.

mənbə: tecnote.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs