Əlaqə Arxiv
news Image
2017.05.19
15:28
| A A A
“Android” əməliyyat sistemindən istifadə edənlərin sayı 2 milyardı keçdi

“Google” şirkəti daha bir nailiyyətini dünya ictimaiyyəti ilə bölüşüb.

Movqe.az-ın İKT.lent.az-a istinadən məlumatına görə, bildirilib ki, ötən il ərzində “Google Play Store” onlayn mağazasından 82 milyard əlavə yüklənib.
 
Müqayisə üçün bildirək ki, 2015-ci ildə bu göstərici 65 milyard təşkil edib. Təbii ki, burada söhbət yükləmələrin sayından gedir, nəinki milyard ədəd müxtəlif proqramdan. 

Bundan başqa, “Android” əməliyyat sisteminin və “Google”un müxtəlif xidmətlərinin nailiyyətləri barədə də məlumat verilib. Belə ki, “Google”un 7 platforması 1 milyarddan artıq istifadəçisinin olması ilə öyünə bilər. Bunlar “Gmail”, “Drive”, “YouTube”, “Chrome”, “Maps”, “Play Store” və “Android” özüdür.

Yeri gəlmişkən, sonuncunun artıq bütün dünyada 2 milyarddan çox istifadəçisi mövcuddur. Bu rəqəmə isə “Android” “Google I/O” sərgisi ərəfəsində çatıb.

Sizin Reklam Yeriniz