news Image
2017.05.19
17:27
| A A A
Kosmosda paltaryuyan maşın quraşdırılacaq

Rusiyanın “Energiya” raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər. 

Movqe.az-ın  lent.az-a istinadən verdiyi məlumata görə, bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir.

“Energiya” mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək. 

Şirkətdən bildiriblər ki, hazırda kosmonavtlar 4 sutkadan sonra kostyumları atmağa məcburdurlar. Çünki adi paltaryuyan maşını stansiyada istifadə etmək mümkün deyil. Çox güman ki, kosmonavtlar paltarı qurğuda quraşdırılan və onlar nəfəs aldıqları zaman yaranan oksigenlə emal etməli olacaqlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs