Əlaqə Arxiv
news Image
2017.05.23
08:44
| A A A
“Google” 2016-cı ilin ən yaxşı əlavələrini açıqladı

"Google" şirkəti ötən ilin ən yaxşı əlavələrinin reytinqini təqdim edib.

Movqe.az-ın İKT.lent.az-a istinadən məlumatına görə, "Google Play Award" laureatları müxtəlif kateqoriyalardan olan proqramlar olub.

Ən yaxşı oyun kateqoriyasına "Mushroom 11" oyunu birinci olub. "Hoked" əlavəsi isə ən yaxşı başlanğıca görə mükafat alıb. Bu əlavə vasitəsilə istifadəçilər çatdakı yazışma formasında maraqlı əhvalatları oxumaq imkanı əldə edirlər.

"Android Wear" üçün ən yaxşı əlavə fitnes üçün "Runtastic Running" proqramı qəbul edilib. "Virtual Virtual Reality" və "Woorld" əlavələri isə VR və AR üçün müvafiq olaraq  ən yaxşı məhsullar kimi qeyd edilib.

Uşaqlar üçün ən yaxşı əlavə "Animal Jam - Play Wild!" proqramı sayılıb. Ən çox istifadə olunan oyun isə "Hearthstone" əlavəsi hesab edilib. "Google Play" mağazasını Qran-prisini xarici dillərin öyrənilməsi üçün istifadə olunan "Memrise" əlavəsi alıb

Sizin Reklam Yeriniz