Əlaqə Arxiv
news Image
2017.05.24
16:23
| A A A
Rusiya öz "Skype"nı yaradır

Rusiyada dövlət qurumları və sənaye müəssisələrinə "Skype" xidmətinin yerli analoqu təklif ediləcək.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, xidmətin tərtibatı ilə "Rostex" məşğul olacaq.
 
Tərtibatçılar bildirir ki, sistemin internetə çıxışı olmayacaq və o, hakerlərdən, xarici xüsusi xidmət orqanlarından mühafizə olunur. Xidmət videozəng, mətn və fayllar mübadiləsi funksiyalarını özündə birləşdirir.
 
Prototipin yaradılması üçün "Maynd Labs" konfrans xidməti və "Ommgi Technology" messencerindən istifadə edilib. Layihənin detalları Rusiyanın rəqamsal sənaye sərgisində açıqlanacaq.

Sizin Reklam Yeriniz