Əlaqə Arxiv
news Image
2017.05.26
17:14
| A A A
Zukerberqdən mühüm təklif

“Facebook”un rəhbəri Mark Zukerberq ABŞ-da “ümumi baza gəliri” konsepsiyasını dəyişməyi təklif edib.
 
Movqe.az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, M. Zukerberq Harvard Universitetindəki məzun mərasimində çıxışında bildirib ki, hökumət yetkinlik yaşına çatmış bütün vətəndaşlara – istər işsiz, istərsə də iş sahibi olsun – yaşamaq üçün yetərli məbləğdə pul ödəməlidir: “Hər nəsil özünün bərabərlik anlayışını genişləndirir. Zamanı çatıb ki, bizim nəsil də sosial müqaviləni yeni formada müəyyənləşdirsin. Cəmiyyətimizdə uğurun göstəricisi Ümumi Daxili Məhsul kimi iqtisadi göstəricilər yox, bizlərdən nə qədərinin cəmiyyətdə əhəmiyyətli saydığı rolu oynaya bildiyi olmalıdır. Biz ümumi baza gəliri kimi ideyaları yenidən işləyərək hər kəsin yeni ideyaları sınaqdan keçirməsinə təminat yaratmalıyıq”.   
 
M. Zukerberq qeyd edib ki, bir çox insan öz biznesinə başlamağa cəsarət etmir, çünki ailə qayğıları ilə məşğuldur və uğursuzluq ehtimalından sığortası yoxdur. Onun fikrincə, ümumi baza gəliri onlar üçün sığorta rolunu oynamalıdır.   

Sizin Reklam Yeriniz