Əlaqə Arxiv
news Image
2017.06.14
10:42
| A A A
"Facebook" istifadəçilərini kameradan izləyə biləcək

Sosial media nəhəngi "Facebook" fantastik bir xüsusiyyət ilə gündəmə gəldi. Movqe.az-ın xəbərinə görə, "Facebook"un yeni alqoritmi istifadəçilər ilə birbaşa ünsiyyət qurmasa da, duyğularını təxmin etməyə çalışır. "Üz tanıma' alqoritmi üçün "Facebook"un qurucusu Mark Zuckerberg 2015-ci ildə patent alıb.  İddialara görə, sözügedən patent sayəsində "üz tanıma" alqoritmi telefonların ön kamerasını istifadə edərək istifadəçilərin üzünü tanıyır və duyğularını təxmin etməyə çalışır. "Facebook"un bu xidməti istifadəyə təqdim edib-etməyəcəyinə dair hələlik rəsmi  şərh yoxdur. Başqa bir iddiaya görə, "Facebook" istifadəçilərini telefon və kompüter kameraları ilə anba-an izləyə bilir. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz