news Image
2017.06.19
17:27
| A A A
Pilotsuz sürət qatarı layihəsi reallaşır

2019-cu ildə Fransada özüidarəolunun TGV sürət qatarının prototipinin sınaqları başlayacaq.
 
Movqe.az-ın İKT.lent.az-a verdiyi məlumata görə, Fransa Milli Dəmiryolu operatoru olan CNCF qarşısına belə məqsəd qoyub. Dövlət şirkəti 2019-cu ildə prototipin testlərinə başlamağı planlaşdırıb.  
 
Yeni TGV elektrik qatarı maneələri aşkarlayan datçiklərlə təchiz olunacaq və avtomatik tormozlama edə biləcək. Pilotsuz qatarı kənardan idarə etmək mümkün olsa da, qısamüddətli perspektivdə hər ehtimala qarşı maşinistlər prosesə nəzarət edəcək. Layihə uğurlu alınsa, CNCF dünyada özüidarəolunan sürət qatarı istifadəyə verən ilk qurum olacaq.
 
Pilotsuz qatar yaratmaqda məqsəd hərəkətin sürətini və səfərlərin intensivliyini artırmaqdır. Bu, xüsusən Paris üçün aktualdır. Operator hesab edir ki, avtomatik sistem Paris və Lion arasında səfərlərin sayını 25% artıracaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs