Əlaqə Arxiv
news Image
2017.06.21
10:24
| A A A
Ağır xəstələrin qalan ömürlərini ölçmək mümkündür

Cənubi Avstraliyadakı Adelaide Universitetinin Cəmiyyət Sağlamlığı Bölümü və Kompüter Elmləri Bölməsinin araşdırmaçıları ağır xəstələr üçün süni zəkadan istifadə ediblər. Belə ki, müxtəlif beynəlxalq araşdırmaçıların da iştirak etdiyi prosesdə əvvəlcə süni zəka ilə 48 ağır xəstənin sinə rentgenleri analiz edilib. Movqe.az xəbər verir ki, daha sonra kompüterin analiz etdiyi rentgen vasitəsi ilə xəstələrin qalan ömürləri üçün təxmini rəqəm orta çıxarılıb. Dünyada ilk dəfə istifadə edilən bu əməliyyatda süni zəka hansı xəstələrin beş il içərisində öləcəyini  69 % dəqiqliklə təxmin edə bilib. Hansı ki, bu rəqəmlər mütəxəssis həkimlərin  nəticələri ilə təxmini üst-üstə düşüb. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz