Əlaqə Arxiv
news Image
2017.06.22
19:30
| A A A
Yer məhv olur: Marsa köçməliyik – Məşhur fizik

 

İnsanlığın həyatda qalması üçün Ay və Marsı müstəmləkəmizə çevirmək lazımdır. Bunu Norveçdə keçirilən Elm və Sənət üzrə Beynəlxalq Festivalda çıxışı zamanı britaniyalı astrofizik Stiven Hokinq söyləyib.

“Mən insanların Yeri tərk etməsi gərəkdiyinə əminəm. Planetdə bizim üçün yer daha da azalır. Resurslar sürətlə yoxa çıxır. İnsanlıq yaxın 30 ildə Ayda baza yaratmalı, Marsı müstəmləkəyə çevirməlidir. Özümüzlə bütün bitki və heyvanları götürməliyik. Bundan sonra insanlar Günəş sistemindən kənara çıxacaqlar. İstənilən halda sivilizasiyanın məhvi asteroid düşməsi, iqlim kataklizmləri və ya insan sıxlığının artmasından ola bilər. Bu, sadəcə an məsələsidir”, – deyə o bildirib.

Sizin Reklam Yeriniz