Əlaqə Arxiv
news Image
2017.06.24
12:30
| A A A
Samsung Galaxy Note 8 gəlir

"Samsung" şirkətinin "Note" seriyasına məxsus yeni smartfonunun təqdimetmə tarixi məlum olub. "The Investor" nəşri yazır ki, insayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.Movqe.az milli.az-a  istinadən bildirir ki, bundan əvvəl olan məlumata görə, "Samsung" şirkəti "Note 8" smartfonunu  2017-ci ilin sentyabrında Berlində keçiriləcək "IFA" konfransında nümayiş etdirəcək. Ancaq mənbə iddia edir ki, şirkət qurğunu Nyu-Yorkda keçiriləcək  tədbirində təqdim etməyi planlaşdırır.

Şayiələrə görə, "Samsung Galaxy Note 8" smartfonu 4428x2160 təsvir ölçülü 6,3 düymlük çərçivəsiz ekran, "Qualcomm Snapdragon 836" prosessoru ilə təchiz ediləcək. Əməli yaddaşın tutumu 6 QB təşkil edəcək.
"Samsung Galaxy Note 7" cihazı 2016-cı ilin avqustunda təqdim edilib. Ancaq istifadə prosesində öz-özünə alışma səbəbindən həmin ilin oktyabrında smartfon geri çağırılıb.

Sizin Reklam Yeriniz