Əlaqə Arxiv
news Image
2017.07.26
14:57
| A A A
Uşaqlar üçün yalnız gündüz çalışan ağıllı telefon çıxdı

Yaponiyada "Tone Mobile" firması yalnız gündüz işləyən ağıllı telefon istehsal etdi. Movqe.az xəbər verir ki, şirkət səlahiyyətliləri, "Tone M17" adı verilən və ibtidai sinif  şagirdlərinin ekrana baxma müddətini məhdudlaşdırmaq məqsədiylə yalnız gündüz saatlarında çalışan ağıllı telefonun gələn ay bazara çıxacağını bildiriblər. "Tone Mobile" tərəfindən istehsal edilən cihaz valideynlərin uşaqları ilə gün ərzində əlaqə qurmalarını təmin edəcək. Ancaq həddindən artıq istifadəsinə ilə əlaqədar kənar təsirləri ortadan qaldırılacaq. 1 avqust tarixindən etibarən 312 dollara satışa təqdim ediləcək. Ağıllı telefon 12 yaş və daha kiçik uşaq üçün saat 22.00-dən səhər 06.00'-a qədər avtomatik olaraq kilidlənəcək. Həmin telefon məktəblər də daxil, əvvəlcədən müəyyən yerlərə girərkən avtomatik olaraq kilidlənəcək və mesajlaşma tətbiqlərinə daxilolma məhdudlaşdırılacaq. Valideynlər telefonun istifadə edilməyəcəyi müddəti qısalda, hətta cihaz kilidinin tamamilə açılması kimi ayarları dəyişdirə biləcəklər. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz