news Image
2017.08.01
12:56
| A A A
Bir telefonda iki "WhatsApp" mümkündür

"App Store"də yer alan "WhatsPhone" adlı proqram ilə bir "iPhone"də iki fərqli "WhatsApp" hesabı istifadə etmək mümkündür. Məlumdur ki, "WhatsApp"ın Web versiyası fəaliyyət göstərir. Movqe.az xarici mediaya istinadən bildirir ki, aktif olan "WhatsApp" hesabınızı QR kod köməyi ilə "WhatsApp Web"ə köçürmək mümkündür. Cihazdakı "WhatsApp" internetə bağlı olduğu müddətcə kompüterdən yazışmalarınızı reallaşdıra bilərsiniz. "WhatsPhone" proqramı da bu məntiq ilə çalışır. Pullu xidmət olan "WhatsPhone" proqramını "iPon"ə köçürdükdən sonra bir başqa android və ya "iPhone"-də "WhatsApp" proqramını açın.  Daha sonra Parametrlər > WhatsApp Web / Masaüstü hissəsinə daxil olun. "WhatsPhone" proqramındakı QR kodunu tanıdın. Bu əməliyyatdan sonra digər cihazınızda "WhatsApp"ı, "iPhone"dən və "iPad"dən yönəltmək mümkün olacaq.

Mübariz Bayramov 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs