Əlaqə Arxiv
news Image
2017.08.16
13:10
| A A A
İnternet sürətinə görə Azərbaycan 62-ci yerdədir

İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkətinin “Speedtest” xidməti araşdırma həyata keçirib.  Movqe.az xəbər verir ki, "Ookla" bu araşdırması ilə ölkələrin internet sürətlərini açıqlayıb. Açıqlanan hesabata görə, dünyanın ən sürətli mobil internetini 52.59 Mbps ilə Norveç istifadə edir. Norveçi ikinci sırada Hollandiya təqib edir. Üçüncü sırada Macarıstan, dördüncü sırada Sinqapur və beşinci sırada Malta yer alıb. Sıralamada Türkiyə 29.30 Mbps ilə 28-ci, Azərbaycan isə 18.23 Mbps ilə 62-ci yerdə qərarlaşıb. Sonuncu - 122-ci yerdə isə 3.03 Mbps sürət ilə İraq gəlir. 

Mübariz Bayramov

 

Sizin Reklam Yeriniz