Əlaqə Arxiv
news Image
2017.08.30
17:44
| A A A
Bakının daha iki parkında pulsuz "Wi-Fi" işə salındı

"Bakı Telefon Rabitəsi" MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Səməd Vurğun və Muğan parklarınadək genişləndirib.

Movqe.az bildirir ki,bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər parkı, Sahil, Axundov, Sabir, Xaqani və Hüseyn Cavid bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qorqud" parkında da işə salınacaq.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

Sizin Reklam Yeriniz