Əlaqə Arxiv
news Image
2017.09.08
17:58
| A A A
Qırğızıstanın altı telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Qırğızıstanın altı televiziya – “Asia TV”, “Osh Pirim TV”, “Kyrgyzstan TV”, “Sentyabr TV”, “Ekho Manas TV” və “Next” FM radio kanalları "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır.
 
Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

Sizin Reklam Yeriniz