Əlaqə Arxiv
news Image
2017.09.15
16:57
| A A A
Avropa Birliyində pulsuz internet dövrü başlayır

Strasburqda keçirilən Avropa Parlamenti Baş Assambleyasının iclasında  portuqaliyalı Sosial Demokrat Partiyasının üzvü Carlos Zorrinhonun  İttifaqa üzv ölkələrdə ictimai yerlərdə pulsuz interneti nəzərdə tutan "WiFi4EU" layihəsi qəbul edilib. Movqe.az xəbər verir ki, C. Zorrinhonun "WiFi4EU" layihəsi yaxında bütün Avropada tətbiq ediləcək. Bununla da Avropa Birliyinin bütün vətəndaşları gəlir və sosial vəziyyətdən asılı olmayaraq internetə bərabər giriş əldə edəcəklər. Qəbul edilən qanuna görə, ilk mərhələdə Avropa Birliyində 6 mindən çox yerdə -  xəstəxanalar, kitabxanalar, rəsmi qurumlar və ticarət mərkəzlərində pulsuz internet əlaqəsi təmin ediləcək. Pulsuz internet bağlantısında reklam olmayacaq.  

Mübariz Bayramov

Sizin Reklam Yeriniz