Əlaqə Arxiv
news Image
2018.09.03
16:17
| A A A
Süni intellektə malik holoqram təqdim edilib

“VNTANA” və “Satisfi Labs” şirkətləri tərəfindən sahibkarlara biznesdə istifadə üçün şəxsi holoqrafik robot-köməkçilərin hazırlanmasına imkan verən yeni platforma yaradılıb. Yeni layihə müştərilərlə qarşılıqlı əlaqədə olan robotun holoqrafik bədəninin yaradılması üçün süni intellekt və əlavə reallıq texnologiyalarını birləşdirir.

Movqe.az xəbər verir ki, yeni sistemin əsas xüsusiyyətlərindən biri süni intellektin insanlarla qarşılıqlı əlaqədə olması haqqında məlumatları toplamaq və emal etmək qabiliyyətidir. Bu da sistemə hər bir şəxslə unikal ünsiyyət qurmağa imkan verir. Sifətin tanınması sistemi və emosiyaların tanınması üçün əhvali-ruhiyyənin analizi modulundan da istifadə olunacaq. İstehsalçılar iddia edirlər ki, yeni “ağıllı” holoqramlar hələlik belə ünsiyyətə hazır olmayan insanları da stressdən azad edə bilər.

AzərTac

Sizin Reklam Yeriniz