Əlaqə Arxiv
news Image
2017.10.10
16:41
| A A A
2017-ci ildə ən çox satılan smartfonların adı açıqlanıb
İlk iki yeri Iphone 7 modelləri tutub

2017-ci ilin birinci yarısında dünyada ən çox satılan smartfonların siyahısında "Iphone 7" birinci yeri tutub. "Iphone 7 Plus" isə bu siyahıda ikinci yerdə olub. Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, "Samsung"un "Galaxy Grand Prime Plus" modeli cədvəldə üçüncü, 2015-ci ilin buraxılışı olan "Iphone 6S" IV və "Samsung S8" isə beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, bundan əvvəl də birinci yer "Apple" şirkətinə məxsus olub. "Iphone 6" və "Iphone 6S" smartfonları 2015-2016-ci illərin birinci yarısında ən çox satılan modellər olub. Buna baxmayaraq, onların bazar payı əvvəl 10%-dən 7%-ə, daha sonra isə 5%-ə düşüb.

Mübariz Bayramov

Sizin Reklam Yeriniz