Əlaqə Arxiv
news Image
2017.11.01
15:25
| A A A
Stev Jobsun avtomobili hərraca çıxarıldı

Texnologiya dünyasının ən nəhənglərində biri olan Stev Jobs 6 il əvvəl vəfat etdi. Movqe.az xəbər verir ki, məşhur "Sotheby's" Hərrac Evi Stev Jobsun təxminən 3 il istifadə etdiyi idman avtomobili -  "BMW Z8"i satışa çıxarır. Təqdimatda bildirilir ki, avtomobili Jobs 2000-ci ildə alıb və 2003-cü ildə satmışdır. Jobsdan maşını alan şəxs bu dəyərli avtomobili yalnız 25 min kilometr istifadə edib. BMW-nin xüsusi seriyası olan "Z8" dünyada 5703 ədəd istehsal edilib. 8 silindrli 4.9 litr mühərrikə sahib olan BMW "Z8" 400 at gücünə malikdir. İkiqapılı idman avtomobili 4.7 saniyəyə 100 km/s sürət yığa bilir. İddiaya görə, bu avtomobili alması üçün Stev Jobsu milyarder, iş adamı  Larry Ellison məcbur edib. Ellison "Z8" ilə "Apple"ni bir-birinə bənzətmiş və Stev Jobsa "Z8'in yaraşdığını bildirib. 
BMW "Z8"-in qiyməti 165.000 - 200.000 dollar arasında dəyişir. Stev Jobs tərəfindən istifadə edilən modelin isə 300 min ilə 400 min dollara satılması gözlənilir. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz