Əlaqə Arxiv
news Image
2017.11.03
16:03
| A A A
"Facebook" telefonunuzu dinləyir - əsaslı arqumentlər

İddialara görə, "Facebook" istifadəçilərini kompüter və mikrofonlar vasitəsilə dinləyir. Movqe.az "The Mashable"-ə istinadən xəbər verir ki, "Facebook" bunu zaman-zaman həyata keçirir. Lakin şirkət bu cür iddiaları rədd edir. Şirkətdən bildirilir ki, mobil cihazın mikrofonundan istifadə etməyə icazə verən istifadəçiləri dinləmək mümkündür. Buna baxmayaraq, "Facebook" istifadəçilərindən biri yazır ki, real həyatda haqqında söhbət etdiyi iki marka dərhal "Facebook" hesabında görünməyə başlayıb. Digər bir istifadəçi bildirir ki, evdə heç vaxt pişik saxlamayıb. Lakin "Facebook" quraşdırılmış telefonu yanındaykən pişik yeməklərindən danışıb və bir gün sonra "Facebook" səhifəsinə pişik yeməkləri haqqında reklamlar gəlib. Bir digər istifadəçi də oxşar üsuldan sonra şübhələnib. Belə ki, telefonu ispandilli radionun yanına qoyduqdan sonra "Facebook" və "Instagram" səhifələrində ispanca reklam çıxmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, telefon parametrlərindən "mikrofona çıxışı"ı bağlamaq da  problemi həll etmir. Ən yaxşı yol, mikrofonu telefonda fiziki olaraq məhv etməkdir. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz