Əlaqə Arxiv
news Image
2017.11.13
14:40
| A A A
"Facebook" təhlükəsizlik üçün istifadəçilərdən lüt şəkillər istəyir

"Facebook" intim videolarla mübarizə aparmaq üçün istifadəçilərdən şirkətə çılpaq fotoşəkil göndərmələrini istəyir. Movqe.az xəbər verir ki, bunu təhlükədən sığortalanmaq istəyənlər edə bilərlər.  Şəkil rəqəmsal barmaq izi ilə tənzimlənəcək. "Facebook", "Instagram" və "Messenger"də şəklin paylaşılmasına mane olur. Pilot layihə Avstraliyada  kiber təhlükəsizlik ilə məşğul olan hökumət təşkilatı ilə əməkdaşlıq edir. Bu üsuldan istifadə edəcək istifadəçilərdən əvvəlcə hökumət qurumunun internet səhifəsində "narahatlığı ifadə edən" formanın doldurması tələb olunur. Daha sonra "Messenger" vasitəsilə fotoşəkillərin göndərilməsi tələb edilir. Bununla da "Facebook" paylaşımdan xəbərdar olacaq. "Facebook" bildiriş aldıqdan sonra şirkət tərəfindən həmin fotoşəkilin yenidən paylaşılmasının qarşısı alınacaq.

Qeyd edək ki, İnternet Məlumatları Tədqiqatı İnstitutunun (DSRI) rəqəmlərinə görə, 2016-cı ilə qədər ABŞ istifadəçilərinin 4 faizi intim məzmunlu videoların qurbanı olub. 30 yaşadək qadınların  10 faizi bu təhlükə ilə üz-üzə qalıb. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz