Əlaqə Arxiv
news Image
2017.12.27
13:07
| A A A
“Google Chrome” bezdirici reklamları bloklayacaq

"Google" ötən iyun ayında "Chromen"un göstərdiyi bezdirici reklamlarını göstərməyi dayandıracağını elan etmişdi.

Movqe.az milli.az-a istinadən bildirir ki,"VentureBeat" saytında yer alan xəbərə əsasən, "Chrome" artıq 2018-ci il fevralın 15-dən etibarən bezdirici reklamları bloklamağa başlayacaq.

"Google" daha yaxşı Reklamlar Koalisiyası tərəfindən müəyyən edilmiş standardlar çərçivəsində bezdirici reklamları artıq istifadəçilərə göstərməyəcək. Videonu avtomotik olaraq oynadan reklamlar, bütün səhifə reklam kontentləri, qapanıb-açılan reklamları artıq istifadəçilər görməyəcəklər.

Qaydaları pozaraq reklamlar göstərən, reklam təcübəsi sahəsində uğursuz olan veb saytlardakı bütün reklamlar 30 gündən daha çox müddətə avtomotik olaraq bloklanacaq. Uyğunsuz reklamlar çıxarıldıqdan sonra sayt sahibləri "Google"a müraciət edəcək və təkrar qiymətləndirmə istəyə biləcəklər.

Sizin Reklam Yeriniz