Əlaqə Arxiv
news Image
2018.01.23
16:32
| A A A
"WhatsApp" ödənişli olur"

SMS dövrünü bağlayan mesajlaşma platforması "WhatsApp" istifadəçilərinə uzun illər pulsuz xidmət göstərir. Lakin Facebook" "WhatsApp"-ı aldıqdan sonra "WhatsApp"-ın ödənişli olacağı barədə şayələri yayılmışdı. Amma olmadı. Hakerlər isə belə məqamları gözləyirmiş. Onlar "WhatsApp"-ın hər bir yeni funksiyasına uyğun hücumlar edir. Movqe.az xəbər verir ki, artıq hakerlər "WhatsApp"ın pullu olacağı kimi smslər göndərməyə başlayıblar. Onların yolladığı mesajların mətni bu cürdür: "Abunəliyiniz bitdi. Hesabınızı artırmaq üçün $ 0.99 ödəyin və ömürlük abunə olun". 

Şirkət tərəfindən isə ödənişli xidmət haqqında rəsmi açıqlama yoxdur.Odur ki, yuxarıda göstərilən mesaja bənzər mesaj almış olsanız, aldanmayın. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz