Əlaqə Arxiv
news Image
2018.01.30
16:54
| A A A
"Galaxy S9 +"un qiyməti bəlli oldu - 920 dollar

Məlumdur ki, yeni "Galaxy S9" və "Galaxy S9 +" modelləri haqqında bir sıra məlumatlar sızdırılıb. Movqe.az xarici mediaya istinadən xəbər verir ki, sızıntılar sayəsində nə vaxt və harada təqdim ediləcəyi, xüsusiyyətləri, video kamera və s. kimi bir çox xüsusiyyətləri artıq bəllidir. Ancaq qiymət haqqında məlumatlar yox idi. Artıq Cənubi Koreyadan gələn xəbərlərdə həmin modellərin Cənubi Koreya üçün qiymətləri də məlum olub. Cənubi Koreyada "Galaxy S9" 887 dollara, "Galaxy S9 +" isə 920 dollara satılacaq. .Amma "Samsung" şirkətinin qiymət siyasətinə görə, Cənubi Koreyadan kənarda məhsullar daha ucuz satılmalıdır. Belə olan təqdirdə xarici bazarlara "Galaxy S9" 800, Cənubi Koreya S9 +" isə 900 dollara çıxacaq. 
Məhsullar fevralın 25-də təqdim olunduqdan 5 gün sonra, martın 2-də Cənubi Koreya üçün əvvəlcədən sifariş olunacaq. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz