Əlaqə Arxiv
news Image
2018.01.30
17:25
| A A A
Uşaqlar üçün messenceri bağlayın! - "FACEBOOK" QARŞISINDA TƏLƏB!

ABŞ-da bir qrup müəllim, həkim və uşaq sağlamlığı üzrə mütəxəssis – ümumilikdə 110-dan çox şəxs - “Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberqə məktub yazıb.
 
Movqe.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, müraciət müəllifləri M. Zukerberqi 13 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuş “Messenger Kids” əlavəsini bağlamağa çağırıblar. Onların fikrincə, sosial şəbəkələr uşaqlar üçün təhlükəli ola bilər: “Azyaşlılar sosial şəbəkədə səhifə sahibi olmağa hazır deyil”.
 
Mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdən istifadə uşaqların sağlamlığına neqativ təsir göstərə bilər, çünki uşaqlar internetdə ünsiyyətə hazır deyil, konfidensiallıq prinsiplərini, bu və ya digər fotoları  videoları və mətnləri paylaşmağın lazım olub-olmadığını başa düşmürlər. Məktubda yetkinlik yaşına çatmayanlar arasında sosial şəbəkələrdən istifadə ilə depressiyanın səviyyəsi arasında əlaqəyə dair tədqiqatlardan da sitat gətirilib.
 
Xatırladaq ki, “Messenger Kids” ötən ilin dekabrında istifadəyə verilib.

Sizin Reklam Yeriniz