Əlaqə Arxiv
news Image
2018.02.02
14:24
| A A A
"Whatsapp Business" ödənişli olacaq?

Bizneslə məşğul olan insanların müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün "WhatsApp Business" messenceri istifadəyə verilib."WhatsApp" şirkəti yeni bu messencerin vasitəsi ilə müştərilərə şirkət, elektron poçt, internet səhifəsi və ya fiziki ünvan haqqında məlumat əldə etməyə imkan yaratmağı nəzərdə tutub"WhatsApp Business"dən istifadə üçün ödənişin nəzərdə tutulub tutulmadığı haqda müxtəlif fikirlər səslənməkdədir.WhatsApp-ın Əməliyyat direktoru Matt Idema, iş adamlarına və şirkətlərə təqdim edəcəkləri əlavə funksiyaların olduğunu və bu xidmətlər qarşılığında ödənişin olacağını açıqlayıb.Onu da qeyd edək ki, əməliyyat direktoru, pullu funksiyaların nə olduğunu və nə zaman istifadəçiyə veriləcəyini açıqlamayıb. O, "Ödənişin detallarını hələ müəyyən etməmişik" deyə bildirib.

Qızılgül SARİYEVA

Sizin Reklam Yeriniz