Əlaqə Arxiv
news Image
2018.02.08
21:30
| A A A
“WhatsApp” ödəniş sistemini sınaqdan keçirir

“WhatsApp” öz şəxsi ödəniş sistemi olan “WhatsApp Pay”i açacaq. Messencerin istifadəçiləri smartfon vasitəsilə bu xidmətlərdən birindən istifadə etməklə aldıqları məhsul və xidmətlərin dəyərini ödəyə biləcəklər.
Funksiya artıq Hindistanda iOS və Android üçün əlavənin beta versiyasında istifadəyə verilib. Pul köçürmələri ancaq “WhatsApp Pay” cüzdanları arasında mümkündür.
Tərtibatçılar bu məhdudiyyəti aradan qaldırmağı planlaşdırır ki, ödəniş sistemi digər xidmətlərlə də əlaqə yarada bilsin. Şirkət Hindistanın aparıcı bankları ilə əməkdaşlıq sazişi bağlayıb. Belə ki, istifadəçilər messencerin ödəniş sistemini bank kartı ilə sinxronlaşdırmaq imkanı əldə ediblər.

Sizin Reklam Yeriniz