Əlaqə Arxiv
news Image
2018.02.28
16:58
| A A A
"IPhone X"- 150 $

"Leagoo" yeni maraqlı telefonu haqqında ətraflı məlumatlar paylaşıb. Movqe.az xəbər verir ki, "dünyadakı ilk çıxıntılı ekranı olan Android telefon" şüarı ilə açıqlanan cihaz kağız üzərində yaxşı xüsusiyyətlərə sahibdir. Əvvəla, üz tanıma funksiyasına malikdir. Şirkət üztanıma funksiyası sayəsində kilidin 0.1 saniyə ərzində açıldığını iddia edir. Digər xüsusiyyətlər arasında 5,85 düym HD +, Sony imza ilə 13 + 2 MP əsas kamera, 8 MP ön kamera, 1.5 GHz-də çalışan 8 əsas prosessor, 4 GB RAM, 32 GB yaddaş və 3300 mAh batareya var. Telefonun buraxılma tarixi dəqiq deyil. Ancaq adı "Galaxy S9", xarici görünüşcə isə "iPhone X"-ə bənzəyir. 
Mübariz Bayramov

Sizin Reklam Yeriniz