Əlaqə Arxiv
news Image
2018.03.01
13:36
| A A A
Facebook pulunuzun sayını biləcək

Yeni alqoritm üzərində işləyən Facebook istifadəçilərin nə qədər pullunun olduğunu təxmin edə biləcək. Movqe.az xəbər verir ki, Facebook istifadəçilərin sosial-iqtisadi vəziyyətini təsnif etməyə imkan verən yeni bir alqoritmə patent almaq üçün müraciət edib. 1,5 milyarddan çox istifadəçiyə sahib olan Facebookun  2016-cı ildə müraciət etdiyi patenti bu həftə təsdiqləndi. ABŞ Patent və Marka İdarəsi tərəfindən təsdiq edilmiş alqoritm sayəsində Facebook istifadəçilərinin sosial şəbəkədəki əməliyyatlarına görə  onların maliyyə aktivlərini proqnozlaşdıra biləcək. Həmçinin istifadəçiləri sosial-iqtisadi qruplara ayırmaq üçün demoqrafik məlumatlardan, Facebooka qoşulmaq üçün istifadə etdikləri qurğulardan yaralanacaq.

Mübariz Bayramov

Sizin Reklam Yeriniz