Əlaqə Arxiv
news Image
2018.08.31
16:40
| A A A
Almazdan da sərt maddə kəşf edildi

Məlumdur ki, hazırda ən bərk maddə kimi almazdan istifadə olunur. Movqe.az xəbər verir ki, elm adamları təbii sərt maddədən də bərk bir maddə yaratmağa müvəffəq olublar. "Kub bor nitrid" adı verilmiş bu maddənin sərtliyinə görə hələ dünyada tayı-bərabəri yoxdur. Əvvəllər emalatxanalarda kəsici alət kimi istifadə edilən bu maddə almazın kəsməkdə çətinlik çəkdiyi yüksək temperaturda belə funksiyasını yerinə yetirə bilir. Elm adamları "kub bor nitrid"in müdafiə sənayesində də istifadəsini istisna etmirlər. Videoda təqdim edilən testdə  həmin maddə 6 mm-lik dəlici anti-tank mərmilərimə belə müqavimət göstərə bilir. Dünyanın ən sərt materialı hesab edilən bu maddədən tək müdafiə sənayesində yox, bir çox sahələrdən istifadə ediləcəyi gözlənilir.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz