news Image
2018.05.17
16:09
| A A A
“WhatsApp”la abğlı YENİLİK

“WhatsApp” messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib. Belə ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub. Qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.   Movqe.az-ın məlumatına görə,  
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni “@” işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.
 
Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.
 
Yeni “WhatsApp” funksiyalarından “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs