Əlaqə Arxiv
news Image
2018.08.24
09:15
| A A A
“Apple” kompaniyası Çinin “App Store” mağazasından minlərlə əlavəni çıxarıb

“Apple Inc” kompaniyası “App Store” mağazasının Çin versiyasından ölkədə qeyri-qanuni olan minlərlə qumar oyunu çıxarıb.

Movqe.az xəbər verir ki, kompaniyanın bazar ertəsi günü yaydığı məlumatında deyilir: “Çində Qumar oyunları qanunla qadağan edilib və onların “App Store” mağazasında yayılmasına icazə verilmir. Biz artıq Çinin “App Store” mağazasında yayılan bir çox əlavəni çıxarmışıq”.

Hələ “Apple”ın rəsmi press-relizi çap olunmazdan öncə Çinin CCTV telekanalı kompaniyanın “App Store” mağazasından 25 min əlavəni pozduğu barədə məlumat yaymışdı. Lakin pozulan əlavələrin miqdarı barədə telekanalın bu məlumatı şirkət tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, ÇXR tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən “Apple” 2017-ci ildə 700-ə yaxın VPN-əlavəsini pozmuşdu. Bu əlavə bloklamadan yayınmaq və Çində qadağa qoyulan saytlara daxil olmaq üçün istifadə edilir.

 

AZƏRTAC

Sizin Reklam Yeriniz