Əlaqə Arxiv
news Image
2018.08.21
16:36
| A A A
Rusiyanın polis robotları bu ölkələrdə xidmət göstərə bilər

Rusiyanın “Promobot” robot istehsalçısı şirkəti 2019-2020-ci illərdə Özbəkistana polis robotlar tədarük edə bilər.

Movqe.az-ın məlumatına görə, bu barədə şirkətin inkşaf üzrə direktoru Oleq Kivokurtsev bildirib.

Direktor qeyd edib ki, bu ilin iyulunda bir polis robot artıq Qazaxıstanda xidmətə başlayıb. Bundan başqa, şirkət bu layihəni digər ölkələrə də təqdim etmək niyyətindədir.

 

Qeyd olunur ki, bu cür polis robot videoçəkiliş həyata keçirir, polisin məlumat bazasında yer alan üzləri tanıyır. Həmçinin robot “terrorçuluq”, “bomba” kimi sözlərə reaksiya verərək yaxınlıqdakı şöbəyə siqnal ötürə bilir.

O.Kivokurtsev bildirib ki, bu layihə Çin üçün də maraq kəsb edə bilər.

Trend

Sizin Reklam Yeriniz