Əlaqə Arxiv
news Image
2018.09.14
17:09
| A A A
Azercell media nümayəndələri üçün təlim təşkil edir

21 sentyabr 2018-ci il tarixində Azercell Telekom MMC media nümayəndələri üçün “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər”mövzusunda təlim təşkil edir. Təlim Ramada Baku otelinin (Salyan Şosesi,Şıxov çimərliyi,) “Meeting room”zalında 10.00-18.00 saatlarında baş tutacaq (kofe və nahar fasiləsi daxil olmaqla).

Jurnalistlərin gediş və dönüşü Azercell tərəfindən təşkil edilir. Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim ediləcək.

 

Təlimdən sonra saat 19.00-da jurnalistlər Azercell rəhbərliyi və baş redaktorların da iştirak edəcəyi ziyafətə qatılacaqlar. Tədbir konsert proqramı, əyləncəli viktorinalar, lotereya oyunları və hədiyyələrlə davam edəcək.

Sizin Reklam Yeriniz