news Image
2018.09.06
17:45
| A A A
"Mənim Bakcellim" applikasiyasının üstünlükləri

"Bakcell”in yeni istifadəyə verdiyi özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı. 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – "Mənim Bakcellim” applikasiyasını təqdim edib.

Mən də “Bakcell”in dostların tövsiyəsilə Mənim Bakcellim applikasiyasını yükləmişləm. Abunəçi bu proqram vasitəsilə özünə aid olan bütün məlumatları nəzarətdə saxlaya bilir: İnternet, balans, zənglər və s. məlumatlar. Həmçinin online balans artırmaq imkanları da var. Təklif isə odur ki, applikasiyaya online çat da əlavə olunsun.

Bu tətbiqetməni yükləyən Bakcell abunəçiləri çox rahat şəkildə aşağıda qeyd olunanları edə bilərlər:

-Xidmətləri, internet və rouminq paketlərini aktiv və ya deaktiv etmək;

-İstifadə olunan internet paketlərinin qüvvədən düşmə tarixini və balansını öyrənmək;

-Tariflər və bütün digər təkliflər barədə məlumat almaq və onlara qoşulmaq.